• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır

    18

    apr

    XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib.

    Ekologiya.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında post paylaşıb.

    "33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdıldıqdan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edilərək qətlə yetirildi. Daha 14 nəfər isə girov götürüldü. Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

    Belə ağır insanlıq əleyhinə cinayətlər heç vaxt unudulmamalıdır. Biz Başlıbel qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edirik", - paylaşımda qeyd olunub.

     



    Tarix : 18-04-2026, 13:55 | Oxunub: 536