• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN əməliyyat keçirdi 57 nəfər saxlanıldı

    18

    apr

    DİN əməliyyat keçirdi 57 nəfər saxlanıldı

    Aprelin 17-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7, dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Həmçinin narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.

    Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 4 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

    Tarix : 18-04-2026, 15:13 | Oxunub: 744