Bakıda bağça yolunda təhlükə: İri ağac aşmaq üzrədir
Ekologiya.az xəbər verir ki, General Əliağa Şıxlinski küçəsində yerləşən ağaclıq ərazidə köhnə və iri gövdəli ağaclardan biri kökündən çıxaraq aşmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə saytımıza ərazi sakinləri müraciət ediblər.
“Uşaqlarımızı bu hissədən keçirməyə qorxuruq. Ağac çox iridir, hər an aşa bilər. Küləkli günlərin birində kökü laxlayıb, indi isə tam aşmaq təhlükəsi ilə üz-üzədir. Hər an uşaqların üzərinə düşə bilər”.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, əraziyə baxış keçiriləcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat veriləcək.
Paylaş:
Tam mətni oxu →