• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gülşad Məmmədova: Sabah yağıntılar kəsiləcək, aprelin 22-si hava yağmursuz olacaq

    20

    apr

    Gülşad Məmmədova: Sabah yağıntılar kəsiləcək, aprelin 22-si hava yağmursuz olacaq

    Ölkə ərazisində sabah axşama doğru yağıntıların tədricən kəsiləcəyi, aprelin 22-si hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    O deyib ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

    Tarix : 20-04-2026, 18:45 | Oxunub: 736