XƏBƏRLƏR
Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək - ELAN
Aprelin 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Bravo" supermarketin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.