• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İsmayıllı yolu bu tarixdən 1 həftə bağlı olacaq

    22

    apr

    İsmayıllı yolu bu tarixdən 1 həftə bağlı olacaq

    Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel saat 07:00-dan 30 aprel saat 24:00-dək təmir işləri aparılacaq.

    Ekologiya.az AAYDA-ya istinadən xəbər verir ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək.

    Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.

    Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər.

    Tarix : 22-04-2026, 17:35 | Oxunub: 696