• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kürün səviyyəsinin artması nəticəsində Qarqar çayında mühafizə bəndi yarılıb

    23

    apr

    Kürün səviyyəsinin artması nəticəsində Qarqar çayında mühafizə bəndi yarılıb

    Kür çayında suyun səviyyəsinin artması nəticəsində Ağcabədi rayonunun ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb. Hazırda bəndin bərpası istiqamətində tədbirlər görülür.

    Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Kür çayında suyun səviyyəsi artdığından axın Qarqar çayı istiqamətinə yönəlib və 700 metr yuxarıda mühafizə bəndi sızma nəticəsində yarılıb.

    Hazırda axan su əhali üçün heç bir təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımı dayandırmaq üçün tədbirləri görülür

    Tarix : 23-04-2026, 15:33 | Oxunub: 1 552