Tam versiya
Ana səhifə XƏBƏRLƏR Azərbaycanda vəhşi heyvan sakinlərə hücum edib - Yaralılar var
XƏBƏRLƏR

Azərbaycanda vəhşi heyvan sakinlərə hücum edib - Yaralılar var


Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb.

Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıb. M. Həsənovanın barmağı amputasiya olunub.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə caqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş:
Tam mətni oxu →