Tam versiya
Ana səhifə XƏBƏRLƏR Xəzərdə 4.2 bal gücündə zəlzələ oldu
XƏBƏRLƏR

Xəzərdə 4.2 bal gücündə zəlzələ oldu


Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.

Ekologiya.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 26 aprel yerli vaxtla saat 21:09-da qeydə alınıb. Zəlzələ ocağı 74 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu gün saat 11:36-da da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2 olub.


Paylaş:
Tam mətni oxu →