XƏBƏRLƏR
Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası bu tarixdə keçiriləcək- ELAN
Aprelin 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Bravo marketin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.