Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarının dəvəti ilə Rabat şəhərində işgüzar səfərdədir
Ekologiya.az-a verilən məlumata görə görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.
Mərakeş Krallığının Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Mərakeş Krallığı ortaq dəyərləri paylaşdığımız Azərbaycan üçün dost ölkədir və beynəlxalq platformalarda mütəmadi olaraq ölkəmizlə həmrəy mövqe nümayiş etdirib. Xüsusilə son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçıları Prezident cənab İlham Əliyev və əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən siyasəti və səyləri nəticəsində daha da dərinləşib. Dövlət rəhbərləri arasında mövcud səmimi münasibətlər isə qurumlar arasında əməkdaşlığın inkişafına rəvac verir.
Öz növbəsində, Hicham El Blaoui qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Mərakeş Krallığı Prokurorluğunun fəaliyyəti barədə məlumat verən ev sahibi son illərdə Azərbaycan Prokurorluğuda həyata keçirilmiş köklü islahatlar və tətbiq edilmiş yeni institutlar nəticəsində fəaliyyətin səmərəliliyinin artırılması barədə məlumatlı olduqlarını qeyd edib, ölkəmizin təcrübəsinin, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərin onların üçün xüsusi maraq kəsb etməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini istədiklərini bildirib.