Tam versiya
Ana səhifə XƏBƏRLƏR Zaqatalalı kümçülərə 450 qutu ipəkqurdu paylanılacaq
XƏBƏRLƏR

Zaqatalalı kümçülərə 450 qutu ipəkqurdu paylanılacaq


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti mayın 5-8-də başa çatacaq və əldə olunacaq ipəkqurdları bölgü əsasında rayonun kümçülərinə paylanılacaq.

Məntəqənin müdiri Faiq Köngülov Ekologiya.az-a bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 250-dək kümçü ilə müqavilə bağlanılıb. Barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün təsərrüfatlarda zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.

Paylaş:
Tam mətni oxu →