Ana səhifə›
XƏBƏRLƏR
›
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
XƏBƏRLƏR
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Ekologiya
AMP
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq.Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.