ANONS EDİLDİ: Gələn il quru sərhədləri açılacaq
“Yaş kateqoriyaları üzrə istisnaların tətbiqi praktik baxımdan mümkün deyil və belə bir addım ümumi məhdudiyyətlərin faktiki olaraq aradan qalxmasına gətirib çıxara bilər. Əgər müəyyən yaş qrupları üçün güzəştlər tətbiq olunsa, bu zaman məsələn, azyaşlıların sərhədi keçməsi üçün onları müşayiət edən şəxslər də orta yaş kateqoriyasına daxil ediləcək. Bu isə dolayısı ilə bütün yaş məhdudiyyətlərinin ləğvi deməkdir ”.
“Əksinə, quru sərhədlərlə bağlı proseslərin mərhələli şəkildə normallaşması ehtimalı daha yüksəkdir. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri müsbət istiqamətdə inkişaf edir. Xüsusilə, Ermənistanla münasibətlərin normallaşması prosesi sürətlənib və yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağı istisna deyil. İranla bağlı da əvvəlki gərginlik fonu zəifləyib. Bu amillər ümumilikdə regionda sabitliyin gücləndiyini göstərir”.