Tam versiya
Ana səhifə XƏBƏRLƏR Daha 3 itkin şəhidin qalıqları tapıldı - 33 il sonra/FOTO
XƏBƏRLƏR

Daha 3 itkin şəhidin qalıqları tapıldı - 33 il sonra/FOTO


Füzuli rayonundan olan üç nəfərin taleyinə 33 ildən sonra aydınlıq gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, uzun illər itkin kimi qeydə alınan 3 Füzuli sakinin qalıqları aşkarlanıb.

Sadıqov Zaur İmamqulu oğlu 1973-cü ildə rayonun İşıqlı kəndində anadan olub və 1993-cü il iyulun 22-də itkin düşmüşdü.

Həziyev Ələddin Həzi oğlu eyni ildə həmin kənddə doğulub, 93-cü ilin iyulun 2-də itkin düşmüşdü.


Cəfərov Rafiq Şakir oğlu isə 1973-cü ildə Aşağı Əbdürrəhmanlı kəndində doğulmuş və 1993-cü il avqustun 23-də itkin düşmüşdü.

Bildirilir ki, onların nəşinin qalıqları mayın 15-də torpağa tapşırılacaq.

Paylaş:
Tam mətni oxu →