Bu gün Türyançay Dövlət Təbiət Qoruğunun yaranması günüdür
Qoruq Azərbaycanın arid meşə sahələrindən biridir və Bozdağın arid meşə landşaft kompleksini qorumaq məqsədi 6 may 1958-ci il tarixində 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ərazisi genişləndirilmiş və hazırda sahəsi 22488 hektardır.