Tam versiya
Ana səhifə XƏBƏRLƏR Üç qızı evdə ildırım vurub öldürüb
XƏBƏRLƏR

Üç qızı evdə ildırım vurub öldürüb


Uqandanın Kabale dairəsində üç qız ildırım vurması nəticəsində həlak olub. 

 Ekologiya.az bildirir ki, hadisə dünən saat 17 radələrində güclü yağış zamanı baş verib.

 

Məlumata görə, qurbanlar valideynləri evdə olmadığı müddətdə yağış şiddətlənərkən evlərinin mətbəxində sığınıblar.

 

Bildirilir ki, iki 13 yaşlı məktəbli qız və uşaq bağçasına gedən dörd yaşlı uşaq həlak olub.

 

İldırım evə düşüb və nəticədə qızlar dərhal ölüblər./lent.az

Paylaş:
Tam mətni oxu →