Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakının mərkəzindəki küçə TAM BAĞLANIR
XƏBƏRLƏR

Bakının mərkəzindəki küçə TAM BAĞLANIR


Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Ekologiya.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Paylaş:
Tam mətni oxu →