Tam versiya
Ana səhifə XƏBƏRLƏR 277 sərnişin olan Türkiyə təyarəsi ALOVLANDI
XƏBƏRLƏR

277 sərnişin olan Türkiyə təyarəsi ALOVLANDI


Türk Hava Yollarına aid təyyarə Nepalda eniş edərkən alovlanıb.

Ekologiya.az xəbər verir ki, hadisə sərnişin təyyarəsinin Katmandu hava limanına eniş edərkən baş verib.

Eniş zamanı laynerin təkərləri yanmağa başlayıb. Təyyarənin göyərtəsində dörd uşaq da daxil olmaqla 277 sərnişin olub. Onlar təxliyə ediliblər.

İlkin məlumatlara əsasən, səbəb hidravlik mayenin əyləc sisteminə düşməsi olub. Bu da yanğına gətirib çıxarıb.

Yanğınsöndürmə briqadaları alovu bir neçə dəqiqə ərzində söndürüblər. /Nepal News/

Paylaş:
Tam mətni oxu →