Qaxda əməliyyat - Zaza ələ keçdi
Ekologiya.az xəbər verir ki, ən diqqətçəkən faktlardan biri Qax rayonunda qeydə alınıb.
Bundan başqa, ailə üzvlərini xəbərdar etmədən yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 7 nəfər tapılaraq müvafiq qurumlara təhvil verilib. Dələduzluq cinayətləri ilə bağlı axtarışda olan 12 nəfərin də saxlanıldığı bildirilib. Silah və sursatla bağlı keçirilən əməliyyatlar zamanı isə paytaxt və bölgələrdə ümumilikdə 3 avtomat silah, 1 tapança, 7 tüfəng, 16 partlayıcı vasitə, 23 mərmi, 3 patron darağı və 43 patron aşkarlanaraq götürülüb. Eyni zamanda Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində paytaxt və ətraf ərazilərdə fəaliyyət göstərən narkotik şəbəkəsinin daha bir qolu ifşa olunub.
Əvvəllər məhkum olunmuş 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıb. Onlardan ümumilikdə 42 kiloqram 690 qram marixuana və 460 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. İlkin araşdırmalara görə, saxlanılan şəxslər Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik fəaliyyəti ilə məşğul olublar.
Paylaş:
Tam mətni oxu →