Ana səhifə›
XƏBƏRLƏR
›
Sel, daşqın və yandırıcı istilər gəlir
XƏBƏRLƏR
Sel, daşqın və yandırıcı istilər gəlir
Ekologiya
AMP
Meteoroloq professor Orxan Şən dünyada təbii fəlakətlərin artacağı ilə bağlı ciddi xəbərdarlıq edib.Ekologiya.az xəbər verir ki, türkiyəli mütəxəssis bu il təbii hadisələrin təsirinin əvvəlki illərlə müqayisədə daha güclü olacağını bildirib.Onun sözlərinə görə, adi “El Nino” ilə yanaşı, “Super El Nino”nun da yaxınlaşdığı müşahidə edilir.Professor qeyd edib ki, xüsusilə payız və qış aylarında güclü yağışlar, sel və daşqın hadisələri ön plana çıxa bilər. Yay mövsümündə isə ardıcıl isti hava dalğalarının yaşanacağı gözlənilir.Orxan Şən vurğulayıb ki, iqlim dəyişiklikləri səbəbindən ekstremal hava hadisələrinin tezliyi artır və bir çox bölgələrdə risklər yüksəlir.