Ana səhifə›
XƏBƏRLƏR
›
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
XƏBƏRLƏR
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Ekologiya
AMP
Mayın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata əsasən, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-21° isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.