Tam versiya
Ana səhifə XƏBƏRLƏR 5 gün yağış yağacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR

5 gün yağış yağacaq - XƏBƏRDARLIQ


Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş:
Tam mətni oxu →