Tam versiya
Ana səhifə XƏBƏRLƏR “EcoReels” müsabiqəsi keçirilir
XƏBƏRLƏR

“EcoReels” müsabiqəsi keçirilir


Yarışmanın məqsədi ekoloji mədəniyyətin təşviqi, təbiətin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması və gənclərin sosial media vasitəsilə ekoloji təşəbbüslərə cəlb edilməsidir. Bu yarışma vasitəsilə məqsədimiz hər kəsi təbiəti qorumağa çağırmaq və kiçik addımlarla böyük dəyişikliklər yaratmaqdır. “EcoReels” yarışmasında istənilən yaş kateqoriyasından vətəndaşlar iştirak edə bilər.

Sən də qoşul, mesajını paylaş və başqalarına ilham ver!

Mövzu istiqamətləri
Video həm məlumatlandırıcı, həm də ilhamverici olmalı, izləyiciləri təbiəti qorumağa təşviq etməlidir. Aşağıdakı mövzulardan biri üzrə vətəndaş mövqeyini əks etdirən reels hazırlana bilər:Tullantıların azaldılması və təkrar emalİştirakçılar gündəlik həyatda yaranan tullantıların düzgün çeşidlənməsi, təkrar emal qutularından istifadə və köhnə əşyaların yenidən dəyərləndirilməsi prosesini əks etdirən reelslər hazırlaya bilərlər. Videolarda tullantının faydalı məhsula çevrilməsi və ya “əvvəl-sonra” formatından istifadə təşviq olunur.Biomüxtəlifliyin qorunmasıReelslərdə heyvan və bitki növlərinin qorunmasının əhəmiyyəti, təbiətdə müşahidələr, milli parklar, qoruqlar və ya yerli biomüxtəliflik nümunələri nümayiş etdirilə bilər. İştirakçılar təbiətin zənginliyini və onun qorunmasının vacibliyini yaradıcı şəkildə təqdim edə bilərlər.İqlim dəyişmələri və insan məsuliyyətiVideolarda iqlim dəyişikliklərinin təsirləri və insanların bu prosesin qarşısını almaq üçün ata biləcəyi addımlar göstərilə bilər. Enerjiyə qənaət, ağacəkmə, suya qənaət və ekoloji həyat tərzini təşviq edən məzmunlara üstünlük verilə bilər.Ekoturizm və ekoloji mədəniyyətİştirakçılar təbiətə zərər vermədən səyahət etməyin yollarını, ekoturizm marşrutlarını və təbiətdə məsuliyyətli davranış qaydalarını əks etdirən reelslər çəkə bilərlər. Videolarda təmiz ətraf mühitin qorunması, təbiətə hörmət və ekoloji mədəniyyətin təbliği ön planda olmalıdır.
  • Reels videoların formatına dair qaydalar

    İştirakçıların təqdim etdiyi videolar aşağıdakı texniki və məzmun tələblərinə uyğun olmalıdır:Paylaşım şəxsi sosial media hesabında (Instagram və s.) yerləşdirilməli, ictimai açıq olmalı və nazirliyin səhifəsi etiketlənməli (tag) olmalıdır.Orijinal videolar pr@eco.gov.az elektron poçt ünvanına göndərilməlidir.Paylaşımda aşağıdakı həştəqlər qeyd edilməlidir:
    Texniki tələblər video şaquli formatda (9:16) hazırlanmalıdırMaksimum müddət: 30 - 90 saniyəMinimum keyfiyyət: HD (720p), tövsiyə olunan: Full HD (1080p)Video aydın görüntü və səs keyfiyyətinə malik olmalıdır
    • Fayl formatı: MP4
    Məzmun tələbləri. Video orijinal və müəllif işi olmalıdırMövzu yuxarıda qeyd olunan istiqamətlər ilə bağlı olmalıdırMesaj aydın, qısa və təsirli şəkildə təqdim edilməlidirKreativ yanaşma (hekayə, ideya, vizual effektlər) təşviq olunur
    Səs və musiqiİstifadə olunan musiqi və səslər müəllif hüquqlarını pozmamalıdırDanışıq və ya mətn varsa, aydın eşidilməlidirArxa fon musiqisi videonun mesajını kölgədə qoymamalıdır
    Mətn və dizaynVideoda istifadə olunan yazılar oxunaqlı və qısa olmalıdırRəng və font seçimi vizual olaraq uyğun və diqqətçəkən olmalıdırLazım olduqda altyazı (subtitles) əlavə olunması tövsiyə edilir
    Qadağalar. Başqa mənbədən götürülmüş (plagiat) videolarQeyri-etik, zorakı və ya uyğun olmayan məzmunMövzu ilə əlaqəsi olmayan paylaşımlarHər iştirakçı yalnız bir video göndərə bilər.
    Qiymətləndirmə 2 meyarla həyata keçiriləcək. I meyar: Mövzuya uyğunluq, kreativlik və ideya, mesajın aydınlığı və təsir gücü, texniki keyfiyyət (video, montaj). II meyar: İctimai təsir (baxış, bəyənmə, paylaşım sayı)
    Mükafatlandırma. I yer – Airpods Pro (2nd generation). II yer - Apple Airpods 4. III - Samsung galaxy tab A7Müddət. Videoların qəbulunun son tarixi: 30 iyun 2026

Paylaş:
Tam mətni oxu →