Mətanət və bacısı güllələndi - Hadisəni görün kim törədib
Ətrafdakı şahidlərin xəbər verməsi üzərinə hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Silahlı hücum nəticəsində ayaqlarından xəsarət alan azərbaycanlı Mətanət A. və qolundan yaralanan bacısı Durna K. hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımla Pamukkale Universiteti Xəstəxanasına çatdırılıb. Xəstəxanada müalicə altına alınan hər iki bacının həyati təhlükəsinin olmadığı bildirilib, xoşbəxtlikdən avtomobildə olan 8 yaşlı uşaq isə hadisədən xəsarət almadan xilas olub. Hadisədən sonra dərhal qaçaraq uzaqlaşan şübhəli Sabit Ö.-nün yaxalanması üçün polis qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başladılıb və faktla bağlı araşdırmalar davam edir.