• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır

    09

    iyn

    Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır

    Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl hidrogen" sahəsi daxil olmaqla, layihələr hazırlayır.

    Bu barədə  Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann açıqlamasında bildirib.

    Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı fəal şəkildə genişlənir və təkcə ənənəvi istiqamətləri deyil, həm də bərpa olunan enerji mənbələrinə keçidlə bağlı yeni seqmentləri əhatə edir.

    R.Horlemann qeyd edib ki, Almaniyanın üç enerji şirkəti Azərbaycan qazını almağa başlayıb ki, bu da əməkdaşlıqda çox müsbət inkişafıdır.

    "Digər tərəfdən, "SOCAR Green"in bərpa olunan enerji ilə məşğul olan yeni bölməsi Almaniyada çox güclü bir tərəfdaş tapıb. Artıq "yaşıl hidrogen" sahəsi də daxil olmaqla, yeni əməkdaşlıq layihələri hazırlanır", - o bildirib.

    Səfirin sözlərinə görə, xüsusi diqqət "yaşıl hidrogen" sahəsinə yetirilir. Bu sahə CO₂ emissiyalarının azaldılması və təbii qazın tədricən daha təmiz enerji mənbələri ilə əvəzlənməsinə dair siyasət çərçivəsində Avropanın gələcək enerji transformasiyasının əsas elementi kimi nəzərdən keçirilir.

    R.Horlemann həmçinin vurğulayıb ki, Almaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq fəal olaraq qalır, layihələrin əhəmiyyətli hissəsi isə birgə təhsil və investisiya təşəbbüsləri də daxil olmaqla, özəl sektor, universitetlər və biznes strukturları vasitəsilə həyata keçirilir: "Almaniya təkcə Bakıda deyil, Azərbaycanın bütün ərazisində fəal şəkildə işləyəcək. Almaniya tərəfinin nümayəndələri ölkənin şəhər və regionlarına səfərlər edir. Bununla da onlar müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edərək ikitərəfli münasibətləri, o cümlədən iqtisadi sahədə əlaqələri dərinləşdirirlər".

    Tarix : Bu gün, 09:18 | Oxunub: 144