Tam versiya
Ana səhifə XƏBƏRLƏR Həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT
XƏBƏRLƏR

Həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT


Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Ekologiya.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Göygöl rayonunun Çaylı kəndi ərazisində gizlədilmiş 2 ədəd "Toz-8" markalı odlu silah, ona məxsus 13 ədəd güllə və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →