“Ebola virusu sürətlə yayılır” - ÜST
Konqo hökumətinin məlumatına görə, laboratoriya şəraitində təsdiqlənmiş 1 048 Ebola yoluxması qeydə alınıb, 267 nəfər ölüb. İlk 250 ölüm epidemiyanın başlanmasından cəmi 37 gün sonra qeydə alınıb.
Konqoda yeni ştamın yayılması mayın əvvəlində başlayıb. Hazırda ona qarşı nə peyvənd, nə də müalicə vasitəsi mövcuddur.
Vəziyyəti daha da çətinləşdirən amil xəstəliyin ölkənin silahlı münaqişənin davam etdiyi əyalətlərində yayılmasıdır.