Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN əməkdaşları 8 kiloqram narkotik vasitə aşkarladı - SAXLANILANLAR VAR
XƏBƏRLƏR

DİN əməkdaşları 8 kiloqram narkotik vasitə aşkarladı - SAXLANILANLAR VAR


Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
Tam mətni oxu →