Tam versiya
Ana səhifə XƏBƏRLƏR Tibbi tullantıların təhlükəsiz idarə olunması istiqamətində maarifləndirmə tədbirləri davam edir
XƏBƏRLƏR

Tibbi tullantıların təhlükəsiz idarə olunması istiqamətində maarifləndirmə tədbirləri davam edir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibbi tullantıların təhlükəsiz idarə olunması istiqamətində növbəti maarifləndirmə tədbirləri Qusar rayonunda yerləşən "OKİ" Hospital-da, Astara şəhərində fəaliyyət göstərən “İNCİ-MED” MMC və “ANA-MED” MMC-də, Zəngilan rayonunun Ağalı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzində keçirilib.

Görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, təhlükəsizlik tələblərinə uyğun çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları izah edilib, bu tullantıların düzgün idarə olunmasının insan sağlamlığı və ətraf mühit üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Maarifləndirici görüşlərin əsas məqsədi tibb işçilərinin tibbi tullantıların idarə olunmasına dair normativ tələblər barədə bilik və məlumatlılığını artırmaqdır.

Paylaş:
Tam mətni oxu →