Zaqatalada təbii fəlakət - Poçt binasını sel apardı, Meşleş kəndi ilə əlaqə kəsildi/Video
İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb.
Ekologiya.az “Shimalnews”a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub.
Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.
Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.
Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib.
Ekologiya.az APA-ya istinadla xəbər verir ki, buna intensiv leysan yağışları üzündən Tala çayından keçən sel səbəb olub.
Paylaş:
Tam mətni oxu →