Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qubadakı qanuni fəaliyyət göstərən karxanalar barədə əsassız iddialar yolverilməzdir
XƏBƏRLƏR

Qubadakı qanuni fəaliyyət göstərən karxanalar barədə əsassız iddialar yolverilməzdir

Son günlər bəzi media orqanlarında Quba rayonunda bütün sənədləri qaydasında olan karxanalar haqqında qanunsuz fəaliyyət göstərdikləri iddiaları səsləndirilir, eyni zamanda heç bir rəsmi mövqe öyrənilmədən müxtəlif yüksək vəzifəli şəxslərin adları hallandırılır.

Belə hallarda jurnalist peşəkarlığı tələb edir ki, məlumat dərc edilməzdən əvvəl aidiyyəti qurumların – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin və ya Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin (DMXEİA) mövqeyi öyrənilsin. Rəsmi münasibət alınmadan yayılan məlumatlar ictimaiyyəti çaşdırır və xəbərin etibarlılığına xələl gətirir.


Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən karxanalarla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (DETX) və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin (DMXEİA) əməkdaşları tərəfindən mütəmadi reydlər keçirilir. Ekologiya.az bildirir ki, aşkarlanan qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür və nəzarət davam etdirilir.

Paylaş:
Tam mətni oxu →