Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şəmkirdə evdə güclü partlayış, xəsarət alan var
XƏBƏRLƏR

Şəmkirdə evdə güclü partlayış, xəsarət alan var


Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.

O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →