Azərbaycanda iyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 32° isti olacaq.