Tam versiya
Ana səhifə XƏBƏRLƏR Füzuli rayonunda minalanmış ərazidə yanğın baş verib
XƏBƏRLƏR

Füzuli rayonunda minalanmış ərazidə yanğın baş verib


Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Paylaş:
Tam mətni oxu →