Azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirilib
Ekologiya.az xəbər verir ki, Ağdam, Ağdərə və Xocavənd rayonlarında 62 müəssisədə keçirilən 18 tədbirdə həmin müəssisələrin işəgötürənlərinin nümayəndələrindən və işçilərindən ibarət 690 nəfər iştirak edib.
Əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara məlumatlar verilib. Bu sahədə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyasının aparılması qaydalarından bəhs olunub. Mina təhlükəsizliyinin əsas prinsipləri və mümkün risklərin qarşısının alınması yolları diqqətə çatdırılıb.
İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onların sualları cavablandırılıb.
Paylaş:
Tam mətni oxu →