14 iyul - İlisu Milli Parkının yaranması günüdür
Bu gün İlisu Milli Parkının yaranması günüdür.
Yaranma tarixi: 14 iyul 2025-ci il
Yerləşməsi: Qax və Zaqatala rayonları Sahəsi: 13966 ha
Landşaft: alp və subalp çəmənlikləri, dağ meşələri və qayalıqlar, dağətəyi çəmənliklər və çay vadiləri
Rast gəlinən bitki növləri: Şərq fıstığı, Şərq palıdı, Qafqaz vələsi, Trautfetter ağcaqayını, Litvinov tozağacı, Qafqaz quşarmudu, Qafqaz xirniki, Mozalan quşsəhləbi, sarıçiçək səhləb və s.
Rast gəlinən heyvan növləri: çöl donuzu, qonur ayı, boz canavar, adi tülkü, daşlıq dələsi, adi porsuq, meşə pişiyi, boz dovşan, adi süleysin, meşə süleysini, Şərqi Qafqaz turu, Qafqaz nəcib maralı, bərqud, saqqallı kərkəs və s.
“Qırmızı Kitab”a daxil olan növlər: giləmeyvəli qaraçöhrə, satirvari steveniella, Avropa vaşaqı, Avropa cüyürü, Qafqaz köpgəri, Qafqaz tetrası, Qafqaz uları, bərqud, saqqallı kərkəs və.s...
Paylaş:
Tam mətni oxu →