Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
XƏBƏRLƏR

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO


Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada işıqforları quraşdırılıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonunda, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud işıqfor obyektləri təkmilləşdirilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə iki ədəd yeni piyada dirəyi və piyada işıqforu quraşdırılıb. Eyni zamanda, mövcud dirəklərə iki ədəd yeni piyada bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni piyada işıqforlarının quraşdırılması Atatürk və Ayna Sultanova parkları arasındakı, həmçinin parkdan digər obyektlərə keçidin piyadalar üçün daha təhlükəsiz və rahat olmasını təmin edib.


Paylaş:
Tam mətni oxu →