SENSASİON KƏŞF: Alimlər Yer kürəsinə bənzər planet tapdılar – Yaşayış üçün hər şey var
Ekologiya.az xəbər verir ki, "LHS 1140-b" adlandırılan bu unikal planet bizdən 48 işıq ili məsafəsində yerləşir.
Tədqiqatçıların fikrincə, planet həyatın mövcudluğu üçün zəruri olan bütün fundamental xüsusiyyətlərə malikdir.
Belə ki, planetin bərk səthi, normal temperaturda maye suyu və ən əsası, kosmik radiasiyadan, eləcə də ətrafında fırlandığı ulduzun zərərli şüalanmasından qoruyan güclü atmosferi var.
Bu möhtəşəm tapıntıdan sonra dünya alimləri artıq yeni planetdə birbaşa bioloji həyatın və canlı orqanizmlərin izlərini axtarmağa başlayıblar. Tədqiqatlar intensiv şəkildə davam etdirilir.Musavat.com
Paylaş:
Tam mətni oxu →