Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu tarixlərdə evdən ÇIXMAYIN - XƏBƏRDARLIQ
XƏBƏRLƏR

Bu tarixlərdə evdən ÇIXMAYIN - XƏBƏRDARLIQ


Son günlər Yerin maqnit sahəsində nisbi sakitlik hökm sürsə də, bu vəziyyət uzun çəkməyəcək. Britaniya Geologiya Xidmətinin alimləri planetimizi gözləyən yeni təhlükə ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya.az xəbər verir ki, mütəxəssislərin proqnozuna əsasən, Günəşdəki nəhəng koronal dəlikdən ayrılan yüksəksürətli zərrəciklər axını səbəbindən artıq bu gündən etibarən Günəş küləyinin sürəti kəskin artmağa başlayacaq. Nəticədə, iyulun 21-də Yerin geomaqnit sahəsində gərginlik yüksələcək, iyulun 22-də isə güclü maqnit fırtınası başlanacaq.

İlkin hesablamalara görə, gözlənilən geomaqnit fırtınası "G1" (zəif) səviyyəsində qiymətləndirilir və iki gün davam edəcək. Təbiət hadisəsinin yalnız iyulun 23-dən etibarən zəifləyəcəyi gözlənilir.

Bununla yanaşı, İyulun 20-də Günəşdə daha iki koronal kütlə atılmasının baş verdiyi məlum olub. İlkin təhlillər göstərir ki, bu atılmaların planetimizə ciddi təsir göstərməyəcək.

G1 səviyyəli maqnit fırtınası beynəlxalq şkalaya görə geomaqnit həyəcanlanmalarının ən zəif pilləsidir. Bu cür fırtınalar Günəşdən gələn yüklənmiş zərrəciklər axını Yerin maqnitosferinə çatdıqda meydana gəlir.

Adətən bu fırtınalar insan həyatı üçün ciddi təhlükə yaratmasa da, peyk rabitəsində, GPS sistemlərində və enerji şəbəkələrində cüzi axsamalara səbəb ola bilir. Meteoroloji həssaslığı olan şəxslər isə bu dövrdə şiddətli baş ağrıları, halsızlıq, yorğunluq və təzyiq tərəddüdləri hiss edə bilərlər.

Mütəxəssislər fırtınalı günləri daha rahat keçirmək üçün bol su içməyi, kifayət qədər yatmağı, gərginlikdən və həddindən artıq fiziki yükdən uzaq durmağı tövsiyə edirlər.

Musavat.com

Paylaş:
Tam mətni oxu →