Tam versiya
Ana səhifə XƏBƏRLƏR "Semaşko"dakı plastik borudan hazırlanmış xərəklə bağlı açıqlama — VİDEO
XƏBƏRLƏR

"Semaşko"dakı plastik borudan hazırlanmış xərəklə bağlı açıqlama — VİDEO


Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (Semaşko) ağır xəstələrin daşınması üçün istifadə olunan xərəyin (katalkanın) tibbi standartlara uyğun olmadığı, onun PVC plastik boruların birləşdirilməsi ilə hazırlandığına dair görüntülər yayılıb.

Ekologiya.az xəbər verir ki, görüntülərlə bağlı “Qafqazinfo”ya Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, KTM-in Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.

“Qeyd edək ki, maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur.

Əlavə edək ki, bu, dünya praktikasında da istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir” deyə, o əlavə edib.


Paylaş:
Tam mətni oxu →