Hirkan Milli Parkında xoşagəlməz görüntü yaranıb.
Ekologiya.az xəbər verir ki, bu barədə görüntülər “Baku.ws”ə daxil olub.
Belə ki, ərazidə istirahət edən şəxs ağacın içinin zibilliyə çevrildiyinin şahidi olur və ağacdakı zibilləri təmizləməyə başlayır. Bu anları lentə alan şəxs bir daha təbiəti qorumağa çağırış edir.