Tam versiya
Ana səhifə XƏBƏRLƏR Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb
XƏBƏRLƏR

Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb


Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, olay şəhərin M. Hadi küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →