Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
XƏBƏRLƏR

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb


Ağdamın Mərzili, Füzulinin Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb.

Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Paylaş:
Tam mətni oxu →