Ana səhifə›
XƏBƏRLƏR
›
Rusiya kosmosda nüvə silahı YERLƏŞDİRİR
XƏBƏRLƏR
Rusiya kosmosda nüvə silahı YERLƏŞDİRİR
Ekologiya
AMP
Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir.Bu barədə ABC News mənbələrə istinadən məlumat yayıb.Telekanal bildirir ki, bunu Amerika kəşfiyyatının məlumatları sübut edir.Məlumata görə, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət silahın peyklərə qarşı mümkün istifadəsindən gedir.Qeyd olunub ki, fevralın 15-də ABŞ Konqresi “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı brifinq keçirəcək.ABŞ Prezidentinin millitəhlükəsizlikmüşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvlərinə şəxsən məlumat verəcəyini təsdiqləyib. Lakin o, hansı təhlükədən danışdığını dəqiqləşdirməkdən imtina edib.