Tam versiya
Ana səhifə XƏBƏRLƏR “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 55 kq işlənmiş batareya təhvil alınıb
XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 55 kq işlənmiş batareya təhvil alınıb


Ekologiya.az xəbər verir ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Bravo” marketlər şəbəkəsinin Əhmədli, Gənclik Mall, "Araz" marketlər şəbəkəsinin Statistika və Yasamal filiallarından ümumilikdə 55 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

Qeyd edək ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən start verilən layihə çərçivəsində cari ildə 606 kq batareya toplanılıb.

Bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.

Paylaş:
Tam mətni oxu →