Ana səhifə›
XƏBƏRLƏR
›
Prezident İlham Əliyev hökumətin yeni tərkibini təsdiqləyib - SİYAHI
XƏBƏRLƏR
Prezident İlham Əliyev hökumətin yeni tərkibini təsdiqləyib - SİYAHI
Ekologiya
AMP
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.Ekologiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Sərəncamla Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:- Baş nazirin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;- Baş nazirin müavini – Əli Cavad oğlu Əhmədov;- Baş nazirin müavini – Şahin Abdulla oğlu Mustafayev;- daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;- ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;- elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;- energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;- əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;- fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;- gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;- xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;- iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;- kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;- maliyyə naziri – Samir Rauf oğlu Şərifov;- mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;- müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;- müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;- rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;- səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;- Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;- Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;- Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;- Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;- Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;- Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;- Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;- Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;- Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;- Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;- Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.Sərəncam imzalandığı gündən qüvvəyə minir.Qeyd edək ki, yeni hökumətin tərkibində ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb.