Tam versiya
Ana səhifə XƏBƏRLƏR Cəlilabadda fərdi yaşayış evində güclü yanğın baş verib
XƏBƏRLƏR

Cəlilabadda fərdi yaşayış evində güclü yanğın baş verib


Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə FHN-nin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Buna baxmayaraq, ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

 Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →