Tam versiya
Ana səhifə XƏBƏRLƏR Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ


Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Paylaş:
Tam mətni oxu →