Ana səhifə›
XƏBƏRLƏR
›
Göygöldə AĞIR QƏZA - Ölən və xəsarət alanlar var - ADLAR
XƏBƏRLƏR
Göygöldə AĞIR QƏZA - Ölən və xəsarət alanlar var - ADLAR
Ekologiya
AMP
Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.Xəsarət alanların adı aşağıdakı kimidir:Vüsal Babayev (1985);Xalidə İsayeva (1965);Xudayar Musayev (1972);Anar Qasımov (1993);Elşanə Musalı (2004).TƏBİB-dən bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər."Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə vəziyyəti stabildir", - deyə qeyd edilib .***Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.Hətəkətdə olan "Mercedes Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub.Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.Bir neçə nəfərin isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.//APA